Bank Of Baku

Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal edilən şəxs barədə beynəlxalq axtarış elan edilib

Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal edilən şəxs barədə beynəlxalq axtarış elan edilib
# 29 may 2016 09:28 (UTC +04:00)

Bakı-APA. İnterpol Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal  edilən 29 yaşlı Rusiya vətəndaşı Ruslan Muxudinov barədə axtarış elan edib.

 

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Cinayət Polisi Təşkilatının saytında məlumat yerləşdirilib. 

 

R.  Muxudinov qətl və odlu silahların qanunsuz dövriyyəsində günahlandırılır.

 

Qeyd edək ki, B. Nemtsov 28 fevral 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib. B. Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci ildə isə müxalif düşərgəyə keçib. Qətllə bağlı ilkin istintaq başa çatıb və qətldə iştirakda təqsirləndirilən 5 nəfərə ittiham elan edilib. Qətlin sifarişçisi və təşkilatçısı ilə bağlı istintaq davam edir. Qətlin təşkilatçısının R. Muxudinova olduğu ehtimal edilir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR