Bakı – APA. Rusiya ərazisində terror aktlarının qarşısını alıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Minskdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
O bildirib ki, fevral ayında iki ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları Rusiyanın iri şəhərlərində Paris ssenarisi ilə terror aktları törətməyi planlaşdıran cinayətkar qrupun fəaliyyətinin qarşısını alıblar.
Bortnikovun sözlərinə görə, terrorçular terror aktları törətdikdən sonra Suriyaya yollanmağı və orada İŞİD-ə qoşulmağı planlaşdırırdılar.