Bank Of Baku

Çeçenistanda partlayış törədilib, 6 polis əməkdaşı yaralanıb

Çeçenistanda partlayış törədilib, 6 polis əməkdaşı yaralanıb
# 09 may 2016 11:49 (UTC +04:00)

Bakı-APA.  Bu gün səhər saatlarında Çeçenistanın Qroznı rayonunda post-patrul məntəqəsində partlayış törədilib.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə,  post-patrul məntəqəsinə yaxınlaşan iki şəxs polislər tərəfindən saxlanılıb.

 

Bu zaman onlar üzərlərindəki partlayıcı qurğunu işə salıblar. Nəticədə 6 polis əməkdaşı yaralanıb. Yaralılardan 3-nün durumu ağırdır.

 

Artıq özlərini partladan iki nəfərin şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslər 1991-ci il təvəllüdlü Əhməd İnalov və 1989-cu il təvəllüdlü Şamil Canaraliyevdir. Hər iki şəxs Qroznının Kirovka qəsəbəsinin sakinləridir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR