Bank Of Baku

Con Kerri: “Obama Rusiyaya qarşı sanksiyaları “Minsk-2”-nin müddəalarının icra olunacağı təqdirdə ləğv edəcək”

Con Kerri: “Obama Rusiyaya qarşı sanksiyaları “Minsk-2”-nin müddəalarının icra olunacağı təqdirdə ləğv edəcək”
# 25 mart 2016 01:43 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri bildirib ki, prezident Barak Obama Rusiyaya qarşı sanksiyaları  Ukraynaya dair Minsk sazişlərinin bütün  müddəalarının icra olunacağı təqdirdə ləğv edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kerri Moskvada keçirdiyi danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

 

“Mən prezident Obamanın vədlərini təkrarladım.  Rusiyaya qarşı sanksiyalar Minsk sazişinin bütün  müddəalarının icra olunacağı təqdirdə ləğv ediləcək. Bu müddəalara, həmçinin, bütün topların və qoşunların ərazidən çıxarılması və Ukrayna sərhədinə suverenliyin qaytarılması da daxildir”, - deyə Kerri qeyd edib.

 

“Son illər Rusiya və ABŞ arasında fikir ayrılıqları olub, lakin, bu gün baş tutmuş danışıqlara oxşar predmetli, konkret  diskussiyalar daha yaxşı nəticələrə nail olmağa imkan yaradır. Cəhd etmək və irəliləyişə nail olmaq üçün həmişə səylər göstərmək lazımdır”, - deyə Kerri qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR