Bank Of Baku

Dağıstanda hərbi maşın partladılıb, ölən və yaralananlar var

Dağıstanda hərbi maşın partladılıb, ölən və yaralananlar var
# 29 mart 2016 22:53 (UTC +04:00)

Bakı-APA.  Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” markalı hərbi maşını partladıblar. APA-nın “RİA Novosti”yə  istinadən verdiyi xəbərə görə, nəticədə bir hərbçi ölüb.   

 

Məlumata görə, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb.   

 

İnsident Mahaçkala yaxınlığında yerli vaxtla 21.00 radələrində baş verib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR