Bank Of Baku

Donbasda növbəti atəşkəs rejimi qüvvəyə minib

Donbasda növbəti atəşkəs rejimi qüvvəyə minib
# 23 dekabr 2016 23:32 (UTC +04:00)

Ukraynanın cənub-şərqində dekabrın 24-dən etibarən atəşkəs rejimi qüvvəyə minib.

 

APA-nın "112 Ukrayna"-ya istinadən verdiyi məlumata görə, bununla bağlı razılıq dekabrın 21-də Ukrayna üzrə Təmas qrupunun Minskdə keçirilən danışıqlarda əldə olunub.

 

Görüşün yekunlarını şərh edən ATƏT-in Təmas qrupundakı nümayəndəsi Martin Saydik Yeni il və Milad bayramı ilə əlaqədar dekabrın 24-ü, saat 00:00-dan atəşkəs rejiminin tətbiq edilməsini bəyan etmişdi.

 

Qeyd edək ki, Donbasda münaqişə zonasında “sükut rejimi” sentyabrın 1-dən, yeni tədris ilinin başlanması ilə əlaqədar də tətbiq edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR