Bank Of Baku

Donbasda separatçılara komandanlıq edən təqaüdçü qadın saxlanılıb

Donbasda separatçılara komandanlıq edən təqaüdçü qadın saxlanılıb
# 12 iyun 2015 00:32 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in mətbuat xidmətinin açıqlamasında bildirilir.   

 

“Müəyyən edilib ki,  64 yaşlı təqaüdçü qadın silahlıları dəstəkləməklə yanaşı, onlara komandanlıq  edib. Qeyd olunan nənə 2014-cü ildə Donetsk vilayət dövlət administrasiyasının separatçılar tərəfindən ələ keçirilməsində birbaşa iştirak edib, sonra isə Avseyevkada referendum təşkil edib. İşğal müddətində bu zirək qadın separatçı qurumdakı  karyerasında irəliləyərək  komendant müavini vəzifəsinədək yüksəlib”, deyə məlumatda bildirilir.  

 

 

Məlumata görə, qadınla birlikdə 18 yaşlı qız nəvəsi də saxlanılıb. Onun son bir il ərzində “DXR”-in 3-cü batalyonu tərkibində Ukrayna ordusuna qarşı vuruşduğu bildirilir. Saxlanılan qadınlar Kiyev hakimiyyətini dəstəkləyən şəxslər barədə separatçılara məlumat ötürüblər və əsirlərə işgəncə verilməsi prosesində iştirak ediblər.   

 

Saxlanılan qadınlar Ukrayna CM-nin 258-3-cü maddəsi üzrə (terror qrupu və təşkilatı yaratmaq) ittiham olunurlar. Onlar 15 il həbs cəzasına məhkum oluna bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR