APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzinin məlumatında bildirilir.
“Qarətçilər Ukrayna hökumətinin əmək haqqı üzrə təqaüdçülər üçün köçürdüyü 15 mln qrivendən çox pul oğurlayıblar”, deyə məlumatda bildirilir.
İqor Kolomoyski “Privat Bank”ın, habelə Dnepropetrovsk, Zaporojye və Odessa vilayətlərində yerləşən metallurgiya və maşınqayırma zavodlarının da daxil olduğu “Privat” sənaye-maliyyə qrupunun sahibidir.
Kolomoyski 2014-cü ilin martında Dnepropetrovsk vilayətinin qubernatoru təyin olunub.