APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bəyan edib.
“280 sərnişin və 15 ekipaj üzvü ölüb”, - Qeraşşenko özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, təyyarəni separatçıların “Buk” zenit-raket kompleksi vurub.
Təyyarə antiterror əməliyyatı zonasında qəzaya uğrayıb. Ukrayna prezidenti Pyotr Poroşenko və qondarma Donetsk xalq respubliikasının rəsmiləri təyyarəni vurmadıqlarını bildiriblər.
***
21:41
Bakı-APA. "Boeing-777" təyyarəsinin qəzaya uğradığı yerdə 100 cəsəd tapılıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, şahidlərin sözlərinə görə, cəsədlərin hissələri bir neçə kilometrə səpələnib.
***
21:01
Bakı – APA. Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus "Boeing" təyyarəsi qəzaya uğrayıb.
APA-nın Ukrayna KİV-lərinə istinadən verdiyi məlumata görə, təyyarə antiterror əməliyyatı zonasında vurulub.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 295 nəfər olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.
Təyyarənin Amsterdam – Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir.