APA-nın “Novosti Donbassa” portalına istinadən verdiyi xəbərə görə, silahlı şəxslər Valeri Salonun idarə etdiyi avtomobili kəndin mərkəzində saxlayıb, onun özünü isə amansızcasına döyüblər. İşgəncə verdikdən sonra silahlılar huşsuz halda olan V.Salonu avtomobilin yük hissəsinə soxaraq avtomobilə od vurublar.
Valeri Salonun yanmış meyiti ötən gün Luqansk vilayətinin Qrekov meşəsində Xarkov milis əməkdaşları tərəfindən aşkarlanıb.