Bank Of Baku

BQXK-nın Donetskdə girov götürülən könüllüləri sərbəst buraxılıblar - YENİLƏNİB

BQXK-nın Donetskdə girov götürülən könüllüləri sərbəst buraxılıblar - <span style="color: red;">YENİLƏNİB
# 10 may 2014 10:27 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə RİA “Novosti” agentliyinə BQXK-nın Ukrayna nümayəndəliyindən açıqlama verilib.

 

“Sağ-salamatdırlar, onları buraxıblar”, - deyə nümayəndəlikdən bildirilib.

 

Lakin hadisənin təfərrüatları barədə heç nə deyilməyib.

 

 

 

 

***

 

saat 06:21

 

 

Bakı – APA. Mayın 9-da naməlum şəxslər Donetskdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ofisinə hücum edərək 7 nəfəri girov götürüb.

 

APA-nın “Ukrinform” agentliyinə istinadən verdiyi məlumata görə, onların hamısı kişilərdi, ofisdə olan qadınlar sərbəst buraxılıb.

 

Oğurlananlardan üçü yerli sakin, üçü təşkilatın Kiyev könüllüsü, biri isə Fransa vətəndaşıdır. “Qırmızı Xaç”ın əməkdaşları dərman və tibbi ləvazimat çatdırmaq üçün təşkilatın Donetsk ofisinə gəlibmiş.

 

Girovların separatçıların ələ keçirdikləri Donetsk vilayətinin dövlət administrasiyası binasında saxlandıqları bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR