Bakı – APA. Ukraynanın Donetsk şəhərində yüzdən çox silahlı “Şaxtyorskiye zori” sanatoriyasına hücum edərək ələ keçirib.
APA-nın UNİANA-a istinadən verdiyi məlumata görə, qısa müddət davam edən döyüşdən sonra daxili qoşunların əsgərləri silahlarını təhvil verərək avtobuslarla hadisə yerini tərk ediblər.
Sanatoriya ərazisində 120-yə yaxın daxili qoşun əsgəri olub.