Bank Of Baku

Ekspert: “Rusiya Ukraynaya iyulun 15-də qoşun yeridəcək”

Ekspert: “Rusiya Ukraynaya iyulun 15-də qoşun yeridəcək”
# 14 iyul 2014 11:31 (UTC +04:00)

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında hərbi ekspert Dmitriy Tımçuk deyib.

 

O bildirib ki, Rusiyanın Rostov vilayətində xüsusi təyinatlılardan ibarət qruplar cəmləşməkdədir.

 

“Əldə etdiyimiz bilgilərə əsasən, xüsusi təyinatlıların komandirləri iyulun 15-də Ukrayna ərazisinə daxil olacaqlarını təxmin edirlər”, - deyə o vurğulayıb.

 

Tımçuk onu da qeyd edib ki, hazırda Rusiya xüsusi təyinatlılarının hansı formada Ukrayna ərazisinə keçəcəyi müəyyənləşdirilir. Onun sözlərinə görə, böyük ehtimalla onlar sülhməramlı qoşunlar kimi sərhədi keçəcəklər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR