Bank Of Baku

Ermənistanda bir ailəni məhv etmiş Rusiya hərbçisi Permyakovla ilə bağlı aparılan ekspertizanın nəticələri açıqlanıb

Ermənistanda bir ailəni məhv etmiş Rusiya hərbçisi Permyakovla ilə bağlı aparılan ekspertizanın nəticələri açıqlanıb
# 17 aprel 2015 08:15 (UTC +04:00)

Bakı - APA. Ermənistan İstintaq Komitəsi Gümrü şəhərində Avetisyan ailəsinin üzvlərini öldürməkdə təqsirli bilinən Rusiya hərbçisi Valeri Permyakovun işi ilə bağlı məhkəmə-tibbi, məhkəmə-kimyəvi və məhkəmə-trassoloji ekspertizaların nəticələrini açıqlayıb.

 

APA-nın "Armenia Today" saytına istinadən verdiyi məlumata görə, İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, ekspertiza hadisə yerində aşkar edilən “AKS 74” markalı avtomata səsboğucunun quraşdırılması barədə iddiaları təkzib edib. Ekspertizanın nəticələrinə əsasən avtomatda səsboğucunun istifadəsini sübut edəcək izlər və ya yad materiallar aşkar edilməyib. Həmçinin aşkar edilən güllələrdə də səsboğucunun istifadəsini sübut edəcək əlamət yoxdur.

 

5,45 mm kalibrlı güllə və onu qəlpələri divarı, mebelləri və geyimləri zədələyib. Hadisə yerində aşkar edilən giliz və güllələr Permayokvun adına yazılmış şəxsi “AKS-74” avtomatından açılıb.

 

Hadisə yerində aşkarlanmış hərbi geyimdə atəş izləri aşkar edilib. Oxşar izlər xəsarət almış şəxslərin geyimlərində, yataq örtüklərində də aşkarlanıb.

 

Seryoja Armenoviç Avetisyanın geyimində, uşağa məxsus yataq örtüyündə və mələfədə bıçaqla kəsilmiş yerlər aşkar edilib və bunun da süngü bıçağının istifadəsi zamanı yarandığı ehtimal edilir.

 

Hadisə yerindən “AKM”, “AK-74” və “AKS-74” markalı avtomatlar üçün nəzərdə tutulmuş süngü bıçağı götürülüb. Süngü bıçağının üstündə sarı və yaşıl rəngli mikronitlər tapılıb və bu da Seryoja Avatisyanın jiletinin parçası ilə uyğun gəlir.

 

Xatırladaq ki, yanvarın 12-də Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirib. Hadisə zamanı yaralanmış 6 aylıq uşaq isə bir neçə gün sonra xəstəxanada ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR