Bank Of Baku

Erməni deputat: “Ermənistan Avrasiya Birliyinə qoşulduqdan sonra ciddi sosial problemlərlə üz-üzə qalacaq”

Erməni deputat: “Ermənistan Avrasiya Birliyinə qoşulduqdan sonra ciddi sosial problemlərlə üz-üzə qalacaq”
# 27 noyabr 2014 15:05 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Ermənistan Avrasiya Birliyinə qoşulduqdan sonra ölkə ciddi sosial problemlərlə üz-üzə qalacaq”.

 

APA-nın “News.am”a istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin deputatı Aleksandr Arzumanyan deyib.

 

Müxalifətçi deputat qeyd edib ki, sosial problemlər, gözlənilən inflyasiya Avrasiya Birliyinə üzvlüklə əlaqədardır.

 

“Təəssüf ki, Ermənistan hakimiyyəti və hakimiyyətdə təmsil olunmayan parlamentdəki qüvvələr Avrasiya Birliyinə dəstək bəyanatı ilə çıxış ediblər. Ermənistan hakimiyyətinin formatını məhz Rusiya müəyyən edir. Eyni zamanda hakimiyyətə can atan qüvvələr Rusiyanı razı salmağa çalışır”, – deyə deputat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR