Bank Of Baku

Ermənistan Apellyasiya Məhkəməsi “Təsis parlamenti"nin üzvünün həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb

Ermənistan Apellyasiya Məhkəməsi “Təsis parlamenti"nin üzvünün həbsi ilə bağlı qərarı qüvvədə saxlayıb
# 20 aprel 2015 13:31 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ermənistan Apellyasiya Məhkəməsi “Təsis parlamenti" təşkilatının üzvü, Qarabağ müharibəsinin iştirakçısı, Şuşa batalyonunun komandiri olmuş Jirayr Sefilyanın həbsi ilə bağlı birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

 

APA-nın Ermənistanın “epress.am” saytına istinadən verdiyi xəbərə görə, bu haqda məlumatı J. Sefilyanın vəkili Ara Zakaryan verib.

 

Vəkil bildirib ki, hakim müvafiq əsaslandırma vermədən hökmün yekun hissəsini açıqlayıb.  

 

Bu gün həmçinin həbsdə saxlanılan Aram Akopyan, Qevorq Safaryan və Qareqin Çuqaszyanın apelyasiya şikayətlərinə baxılacaq.  

 

Xatırladaq ki, Ermənistan xüsusi istintaq komitəsi həbs olunanları aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar nəzərdə tutulan tədbirlərdə iğtişaş törətməyi planlaşdırmaqda günahlandırır. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında ittiham edilir. Məhkəmə bu şəxslər barəsində həbs-qəti imkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR