APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan DİN-in rəsmisi Unan Poqosyan bəyan edib.
Bununla belə O.Poqosyan qeyd edib ki, hüquq-mühafizə orqanları istənilən zaman etiraz aksiyasını dağıtmağa hazırdır.
Onun sözlərinə görə, aksiya iştirakçılarının bir hissəsi vəziyyəti gərginləşdirməyə cəhd edir. “Bu gün özlərini aqressiv aparan şəxslər peyda olub”, deyə O.Poqosyan bildirib.
Xatırladaq ki, iyunun 19-da Yerevanın mərkəzində başlayan fasiləsiz aksiya dünən polis tərəfindən dağıdılmışdı. Aksiyanın 237 iştirakçısı tutularaq polis bölməsinə aparılıb, 18 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.