Bank Of Baku

Ermənistan hökuməti strateji əhəmiyyət kəsb edən daha bir şirkəti özəlləşdirir

Ermənistan hökuməti strateji əhəmiyyət kəsb edən daha bir şirkəti özəlləşdirir
# 21 iyun 2015 14:58 (UTC +04:00)

Bakı - APA. Ermənistan parlamenti milli poçt operatoru olan "Aypost" şirkətinin özəlləşdirilməsi ilə bağlı hökumətin təqdim etdiyi qanun layihəsini qəbul edib.

 

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, səsvermədən öncə "İrs" fraksiyasının rəhbəri Zarui Postancyan millət vəkillərini qanun layihəsinin əleyhinə səs verməyə çağırıb. Onun sözlərinə görə, şirkətin yeni sahibi parlament qarşısında hesabat verməkdən imtina edə bilər. Buna misal olaraq, o, özəlləşdirilən "Ermənistan elektrik şəbəkəsi" (sahibi Rusiyanın "Vahid elektrik şəbəkəsi" şirkətidir) şirkətini göstərib.

 

Digər millət vəkili Ovanes Marqaryan isə bildirib ki, strateji əhəmiyyət kəsb edən şirkətlərin özəlləşdirilməsinin yolverilməzdir.

 

Hazırda millət vəkili olan keçmiş hərbi prokuror Qaqik Cangiryan isə qeyd edib ki, şirkətin özəlləşdirilməsi qiymət artımına səbəb olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR