Bank Of Baku

Ermənistan Mülki Aviasiya İdarəsinin rəhbəri “Lufthansa”-dan rüşfət tələb etdiyinə görə istefaya göndərilib

Ermənistan Mülki Aviasiya İdarəsinin rəhbəri “Lufthansa”-dan rüşfət tələb etdiyinə görə istefaya göndərilib
# 08 iyun 2016 01:44 (UTC +04:00)

Bakı-APA.  Ermənistanın baş naziri Ovik Abramyanın əmri ilə hökumət yanında Mülki Aviasiya İdarəsinin rəisi Artyom Movsesyan  istefaya göndərilib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ermənistan hökumətinin saytında dərc edilən məlumata əsasən, Movsesyan  öz arzusu ilə istefaya gedib.

 

Artyom Movsesyan Ermənistan Mülki Aviasiya İdarəsinin rəhbəri vəzifəsində 2004-cü ildən çalışıb.

 

Erməni mətbuatının məlumatına görə, Movsesyan yerli bazarda fəaliyyət göstərmək üçün Almaniyanın “Lufthansa” aviaşirkətindən böyük məbləğdə rüşvət tələb edib. Aviaşirkət nümayəndələri Ermənistan rəhbərliyinə şikayət etdikdən sonra Movsesyan istefaya göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR