Bank Of Baku

Ermənistan müxalifəti hökuməti Avrasiya İttifaqı ilə bağlı siyasətə yenidən baxmağa çağırıb

Ermənistan müxalifəti hökuməti Avrasiya İttifaqı ilə bağlı siyasətə yenidən baxmağa çağırıb
# 12 iyun 2014 08:32 (UTC +04:00)

Bakı-APA. Ermənistan parlamentində müxalifətçi deputatlar hökuməti Avrasiya İttifaqı ilə bağlı siyasəti dəyişməyə çağırıblar.

 

APA-nın məlumatına görə, ölkənin Avrasiya İttifaqına qəbulunun səmərəliliyi ilə bağlı keçirilən diskussiya zamanı “İrs” fraksiyasının rəhbəri Ruben Akopyan iqtidaryönlü deputatları məsələyə yenidən baxmağa səsləyib.

 

“Qazaxıstan prezidentinin çıxışının tonu və forması Nursultan Nazarbayevin Serj Sarkisyana və Ermənistana hörmətsizliyini göstərdi. Nazarbayev başa saldı ki, Azərbaycanı müdafiə edir və edəcək. Gec-tez Azərbaycan, hətta Türkiyə Avrasiya İttifaqına üzv olacaqlar. Ən azı bunun üçün səylər göstəriləcək. Belə olan halda isə Ermənistan səs hüququ olmayan iştirakçıya çevriləcək”, - deyə o vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR