Bank Of Baku

Erməni parlamentardan etiraf: Orduda ciddi problemlər var

Erməni parlamentardan etiraf: Orduda ciddi problemlər var
# 26 aprel 2016 21:13 (UTC +04:00)

Bakı-APA.   Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə,  Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlıdır.  “İstefalar davam etdirilə bilər”, - deyə o əlavə edib.  

 

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən ciddi problemlərin olduğunu aşkara çıxarıb: “Problemlərin həll olunması lazımdır”.

 

Qeyd edək ki, Ermənistan prezidenti bu gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR