Bank Of Baku

Ermənistan ordusunun nəzarət qrupu Türkiyə ərazisində təftiş aparacaq

Ermənistan ordusunun nəzarət qrupu Türkiyə ərazisində təftiş aparacaq
# 26 noyabr 2014 13:19 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Avropada adi silahların ixtisarı haqqında müqaviləyə əsasən Ermənistan silahlı qüvvələrinin nəzarət qrupu noyabrın 26-28-də Türkiyə ərazisində təftiş aparacaq. APA-nın “panorama.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

 

 

Yoxlama zamanı Ermənistan sərhədinə yaxın ərazilərdə Türkiyə Silahlı Qüvvələrinin hərbi birləşmələrinin sxemləri, coğrafi koordinatları, müqaviləyə görə məhdudlaşdırılan tankların, zerihli maşınların və artilleriyanın sayı müəyyənləşdiriləcək, hərbi birləşmələrin ərazisində monitorinq aparılacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR