APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi sosial şəbəkədə məlumat yayıb. Amerikalı rəsmi ilk olaraq Tsisernakaberdə qondarma “erməni soyqırımı” abidəsini ziyarət edib.
Səfər çərçivəsində o, İrəvanda ali rəsmi şəxslərlə, vətəndaş cəmiyyəti və gənclər təşkilatları üzvləri ilə görüşəcək.
Daha öncə ABŞ dövlət katibinin köməkçisi Azərbaycan və Gürcüstana səfər edib.