Bakı – APA. Ermənistanda ağır yol qəzası nəticəsində 7 nəfər ölüb, 7 nəfər yaralanıb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Şirak vilayətində baş verib.
İrəvan-Gümrü yolunun 108-ci kilometrində “Qazel” markalı avtomobil ilə KaMAZ yük maşını toqquşub. Nəticədə “Qazel” alışıb, KaMAZ isə yolda çıxıb.
Ölənlərin şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb.