Bank Of Baku

Ermənistanda bir qrup fəal beynəlxalq müşahidəçilərin mətbuat konfransına müdaxilə edib - YENİLƏNİB

Ermənistanda bir qrup fəal beynəlxalq müşahidəçilərin mətbuat konfransına müdaxilə edib - <span style="color: red;">YENİLƏNİB
# 19 fevral 2013 13:19 (UTC +04:00)

 

 APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentini təmsil edən müşahidəçilərin Ermənistan paytaxtında açıqladıqları ilkin rəydə bildirilir.  

 

Bəyanatda deyilir ki, seçkilər ümumən təməl azadlıqlara hörmət şəraitində keçib, KİV-də kampaniyanın işıqlandırılmasında tarazlıq müşahidə olunub. Neqativ məqam kimi müşahidəçilər dövlət idarəetmə aparatının tərəfsiz olmaması və inzibati resurslardan sui-istifadə halını göstəriblər.

 

AŞPA müşahidəçilərinin rəhbəri Karin Voldset seçki prosesində ötən prezident seçkiləri ilə müqayisədə aşkar yaxşılaşmalar müşahidə olunduğunu söyləyib: “Biz bir çox sahədə, o cümlədən media mühitində tərəqqi olduğunu qeyd etdik”. K. Voldsetin fikrincə, ictimaiyyətin seçki prosesinə tam etimad göstərməsi üçün hələ müəyyən işlər görülməlidir.   

 

Qeyd edək ki, mətbuat konfransı zamanı insident baş verib. “Bekum” Demokratiyaya Dəstək Mərkəzinin üzvləri mətbuat konfransı keçirilən zala daxil olaraq müşahidəçiləri seçkilərə verdikləri ilkin qiymətdən imtina etməyə çağırıblar. Əlində plakatlar tutan fəallar “Cinayətkarları müdafiə etməyin!”, “Neçəyə satılmısınız?!”, “Seçkiləri legitimləşdirərək cinayətkar rejimin iştirakçısına çevrilirsiniz!”, “Rədd olun!” deyə qışqırıblar. Müşahidəçilər vəziyyətin sakitləşməsi üçün mətbuat konfransını yarım saatlığına dayandırmaq məcburiyyətində qalıblar.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR