Bakı. Türbət Bağırova-APA. Ermənistanda “Alyans” partiyasının sədri, deputat Tiqran Urixanyandan şantaj yolu ilə pul tələb edən “Analitik.am” saytının rəhbəri Ani Ovanisyan tutulub.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, deputat mayın 2-də polisə müraciət edərək sayt rəhbərinin onun özü, deputat fəaliyyəti və ailəsi haqqında yalan məqalələr yaydığını bildirib.
Yayılan materiallarla əlaqədar sayt direktoru ilə görüşdüyünü deyən deputat bildirib ki, direktor aylıq olaraq ondan 300 dram məbləğində pul istəyib. Əks təqdirdə, onu oxşar materialların çapına davam edəcəyi ilə təhdid edib.
Sonra sayt direktoru deputatın nümayəndəsi ilə görüşüb və belə razılığa gəlinib ki, hər ayın 5–də ya direktorun özünə, ya köməkçisinə bu məbləği verəcək. Martın 3-də İrəvanda kafelərdən birində pulun verilməsi zamanı direktorun köməkçisi, deputat və mətbuat klubunun rəhbəri saxlanılıblar. Sonra sayt rəhbəri də saxlanılıb.
Hazırda istintaq davam etdirilir.