Bank Of Baku

Ermənistanda əsgərlərin ərzağını oğurlayan iki aşpaz barəsində cinayət işi başlanıb

Ermənistanda əsgərlərin ərzağını oğurlayan iki aşpaz barəsində cinayət işi başlanıb
# 11 iyun 2016 07:56 (UTC +04:00)

Bakı - APA. Ermənistanda iki aşpaz ərzaq oğurluğunda təqsirləndirilir.

 

APA-nın "news.am"-a istinadən verdiyi xəbərə görə, Ermənistan Məhkəmə Departamentinin məlumatında bildirilir ki, N saylı hərbi hissənin aşpazları Mqer Zaroyan və Ovsana Adamyan xeyli miqdarda ərzaq məhsulunu mənimsəyiblər.

 

Aşpazlar 14 kq donuz əti, 9,2 kq bitki yağı, 10 kq vermişel, 2 kq tomat pastası və 25 yumurta oğurlamaqda təqsirli bilinirlər.

 

Onların barəsində cinayət işi başlanıb, başqa yerə getməmək qərarı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR