Bank Of Baku

Ermənistanda ölən əsgərin digər əsgər tərəfindən vurulduğu müəyyənləşib

Ermənistanda ölən əsgərin digər əsgər tərəfindən vurulduğu müəyyənləşib
# 23 yanvar 2017 15:37 (UTC +04:00)

İstintaq Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçu Araik Sarksyanın ölümünün təfərrüatlarını müəyyənləşdirib. 

 
APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, çavuş Araik Sarkisyan yanvarın 16-da qarın nahiyəsindən güllə yarası alıb və ölüb. Müəyyən olunub ki, A. Sarkisyanla eyni hərbi hissədə xidmət keçən digər hərbi  qulluqçu odlu silahdan istifadə qaydalarını pozaraq onun qarın nahiyəsinə xəsarət yetirib.

 

İlkin məlumata görə, hərbi qulluqçu A. Sarkisyana təhkim edilən odlu silahı  götürüb və onun boş olduğunu zənn edərək tətiyi çəkib. O, artıq həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR