APA-nın armtoday.info-ya istinadən verdiyi məlumata görə, Ermənistan prezidentliyinə namizəd Raffi Ovannisyanın seçki qərargahından bildirilib ki, bu hal artıq 3 seçki məntəqəsində qeydə alınıb.
Bundan başqa, qərargaha rüşvətlə də bağlı məlumat daxil olub. Bəzi vilayətlərdə edilən müşahidələrə əsasən, seçicilər əvvəl kənd administrasiyasına daxil olur, 5000 dram məbləğində pul aldıqdan sonra səsvermə məntəqələrinə gedirlər. Seçicilərə rüşvət müqabilində səsvermədə bir neçə dəfə iştirak etmək də təklif olunur. Sarkisyan tərəfdarları bülletendə ona səs verdiklərini açıq-aşkar göstərərək, digər seçiciləri də ona səs verməyə təhrik edirlər.
Bütün məlumatlarda vətəndaşlar ailələrinin təhlükəsizliyini təmin etmək məqsədilə kimliklərinin gizli saxlanılmasını istəyiblər.