Bakı. Məlahət Nəcəfova - APA. Fevralın 21-də Ermənistanın ABŞ-ın Los-Anceles şəhərində yerləşən Baş Konsulluğunun binası qarşısında etiraz aksiyası keçirilib. APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, həmin şəhərdə yaşayan ermənilər tərəfindən təşkil olunan aksiyanın iştirakçıları bəyan ediblər ki, nə qədər ki, seçkilər zamanı saxtalaşdırmaların qarşısı alınmır, Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunan rəqəmlər inam yaratmayacaq: “Sarkisyanı seçilmiş prezident kimi qəbul etmək yolverilməzdir. Biz bütün saxtakarların cəzalandırılmasını tələb edirik və bütün dövlətləri, diaspora təşkilatlarını Serj Sarkisyanı qələbə münasibətilə vaxtından əvvəl təbrik etməməyə çağırırıq”.