Bank Of Baku

Əyləc sistemindəki problemə görə 15 min “Lada Granta” modeli geri çağırılır

Əyləc sistemindəki problemə görə 15 min “Lada Granta” modeli geri çağırılır
# 21 noyabr 2014 13:58 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiyanın ən iri minik avtomobillərinin istehsalçısı olan “AvtoVAZ” 15 minə yaxın “Lada Granta” modelinin geri çağırır.

 

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, bu addım sözügedən modelin əyləc sistemindəki problemə görə atılıb.

 

Avtomobil sahibləri onlara məxsus minik avtomobilinin geri çağırılanlar siyahısında olub-olmaması ilə bağlı istehsalçının rəsmi saytında tanış ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR