Bank Of Baku

Fələstin lideri Mahmud Abbas Moskvaya səfər edəcək

Fələstin lideri Mahmud Abbas Moskvaya səfər edəcək
# 18 aprel 2016 02:33 (UTC +04:00)

Bakı-APA. Fələstin lideri Mahmud Abbas aprelin 18-də Moskvaya işgüzar səfər edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında deyilir.

 

Səfər çərçivəsində M.Abbas Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

 

"Söhbət zamanı Yaxın Şərq və Şimali Afrika regionunda mövcud vəziyyətə dair fikir mübadiləsi aparılacaq. Ənənəvi olaraq xüsusi diqqət İsrail-Fələstin danışıqlarının perspektivlərinə yetiriləcək" - Kremlin mətbuat xidmətindən bildirilib.

 

“Tərəflər həmçinin Rusiya-Fələstin münasibətləri, iqtisadi-ticarət və humanitar sahələr daxil olmaqla, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, məlumatda qeyd edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR