Bank Of Baku

Aleksandr Lukaşenko ölkəsindən Qazaxıstana göndərilən mallara Rusiya tərəfindən nəzarət mexanizminin tətbiqini tənqid edib

Aleksandr Lukaşenko ölkəsindən Qazaxıstana göndərilən mallara Rusiya tərəfindən nəzarət mexanizminin tətbiqini tənqid edib
# 28 noyabr 2014 16:33 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə – APA. Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsindən Qazaxıstana göndərilən mallara Rusiya ərazisində nəzarət mexanizminin tətbiqini tənqid edib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Kremlin bu təşəbbüsü Qazaxıstanda da mənfi qarşılanıb. Bildirilib ki, əgər nəzarət həyata keçirilsə, Gömrük İttifaqının mahiyyəti şübhə altına alınmış olacaq.

 

Qeyd edək ki, ötən həftə “Rosselxoznadzor” Belarusun Qazaxıstana göndərdiyi 360 ton meyvə-tərəvəz məhsulunu (Avropa mənşəli-red.)  Bryansk və Smolensk vilayətlərindən geriyə qaytarıb. Rusiya Belarusun təkrar ixrac əməliyyatlarına mənfi baxdığı üçün bu addımı atıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR