Tiflis. Nizami Məmmədzadə - APA. “GUAM ölkələrini ərazilərimizdə genişlənən konfliktlər birləşdirir.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu GUAM PA-nın sədri Zurab Abaşidze APA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, GUAM ölkələri razılığa gəlib ki, torpaqları işğal olunan bu dövlətlərin ərazilərinə digər hərbi qüvvələr buraxılmasın: “Ən başlıcası, biz kommunikemizdə buna cavab veririk. Biz Avropaya inteqrasiyaya cəhd edirik. Artıq Avropa və GUAM arasında münasibətlər və digər təşkilatlarla, o cümlədən Baltikyanı Assambleyaya üzv olan ölkələrlə sıx əməkdaşlıq əldə olunub. Bundan başqa, bizə lazımdır ki, vacib təşkilatlardan olan Benilüks Assambleyasına üzv olan ölkələrlə, Vışeqrad Qrupu, Skandinaviya Şurası ilə GUAM arasında əlaqələri möhkəmlədək. Bizi narahat edən bu məsələləri gündəmə gətirir və eyni zamanda digər ölkələrlə, tərəfdaşlarımızla münasibətlərimizi genişləndiririk”.