Bank Of Baku

Gürcüstanda Rusiya bayrağı yandırılıb

Gürcüstanda Rusiya bayrağı yandırılıb
# 26 fevral 2013 10:55 (UTC +04:00)

 

Bakı. Anaxanım Hidayətova - APA. Tiflis (Gürcüstan) şəhərində “Rusiya işğalına qarşı” adlı iki aksiya keçirilib.

 

APA-nın “Novosti Qruziya”ya istinadən xəbərinə görə, bu aksiyaların birində Rusiya bayrağı yandırılıb.

 

Aksiya iştirakçılarından biri, həkim Revaz Çantladze bildirib ki, 25 fevral 1921-ci ildə Gürcüstan Rusiya tərəfindən işğal olunub: “Gürcüstanın faciələri məhz həmin gündən sonra başlayıb”.

 

Aksiyalarda Rusiya ordusunun işğal olunmuş Cənubi Osetiya və Abxaziyadan çıxarılması, Gürcüstanın ərazi bütövlüyünün bərpası tələb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR