Bakı. Anaxanım Hidayətova - APA. Gürcüstanın işğal olunmuş ərazilərinə giriş qaydalarını pozan Ermənistan vətəndaşı saxlanılıb.
APA-nın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, Meruzan Martirosyan Gürcüstan-Rusiya sərhədinin bağlanmış Abxaziya məntəqəsini Psou çayı vasitəsilə keçib.
Faktla bağlı araşdırma aparılır.