Bank Of Baku

Gürcüstanın xarici işlər naziri: “Abxaziya dəmir yolunun bərpası üçün Rusiya ilə hər hansı danışıqlar aparılmır”

Gürcüstanın xarici işlər naziri: “Abxaziya dəmir yolunun bərpası üçün Rusiya ilə hər hansı danışıqlar aparılmır”
# 26 noyabr 2014 11:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan tərəfi Abxaziyadakı dəmir yolunun bərpası mövzusunda Rusiya ilə heç bir danışıq aparmır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Tamara Beruçaşvili jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, hər hansı infrastruktur layihəsinə və digər layihələrə Gürcüstanın dövlət maraqlarına cavab verdiyi təqdirdə baxıla bilər.


Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakareişvili isə APA-ya açıqlamasında Abxaziya dəmir yolunun bərbad vəziyyətdə olduğunu və bu yolun Ermənistan istiqamətində açılması barədə heç bir danışıqların aparılmadığını söyləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR