Bakı-APA.Bu gecə İnquşetiyanın Nazran rayonunda naməlum şəxslər avtomat silahdan atəş açaraq polis əməkdaşını qətlə yetirib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə “Qafqaz” federal magistralı yaxınlığında qeydə alınıb.
Hadisə yerində operativ-istintaq qrupu işləyir. Cinayətin təfərrüatları araşdırılır.