Bank Of Baku

İnquşetiyada xüsusi əməliyyat zamanı İŞİD-lə əlaqəli 5 silahlı məhv edilib

İnquşetiyada xüsusi əməliyyat zamanı İŞİD-lə əlaqəli 5 silahlı məhv edilib
# 26 may 2016 23:22 (UTC +04:00)

Bakı-APA.  İnquşetiyanın Malqobek və Nazran şəhərlərində xüsusi əməliyyat zamanı İŞİD-lə əlaqəli 5 silahlı məhv edilib, üçü isə yaxalanıb.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə,  bu barədə Rusiya Milli Antiterror Komitəsindən bildirilib.   

 

“Malqobek şəhərində keçirilmiş  xüsusi əməliyyat, Nazranda isə antiterror əməliyyatı zamanı şiddətli silahlı müqavimət göstərmiş 5 silahlı məhv edilib, 3 nəfər isə saxlanılıb”, - deyə qurumdan bildirilib.  

 

Hadisə yerindən avtomat silahlar, tapançalar, əl qumbaraları götürülüb.  

 

Əməliyyatlar zamanı mülki əhali və hüquq-mühafizə orqanlarının şəxsi heyəti arasında xəsarət alan olmayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR