Bakı. Türbət Bağırova-APA. Ermənistanda müxalif təşəbbüs olan “Təsis parlamenti” İrəvanın Sari məhəlləsində atışma səsləri eşidildiyi barədə məlumat verib.
APA-nın “tert.am” saytına istinadən verdiyi xəbərə görə, bunun ardınca “Təsis parlamenti”nin mətbuat katibi Suzan Simonyan “Facebook” səhifəsində həmin ərazidə artıq 10 dəqiqədir atışmanın getdiyini qeyd edib.
O həmçinin atışma zamanı polis şöbəsini nəzarətdə saxlayan "Sasna çrer" silahlı qruplaşmasının üzvü, “Tənha qurd” adı ilə məşhgur olan Araik Xandoyanın yaralandığını bldirib.