Bank Of Baku

Dünya Bankı: Azərbaycanın davamlı iqtisadi artımı qeyri-neft sektorundan asılı olacaq

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce

© APA | Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce

# 09 iyul 2026 10:18 (UTC +04:00)

Azərbaycanın davamlı iqtisadi artımı qeyri-neft sektorundan asılı olacaq.

APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Pryce Bakıda keçirilən "Azərbaycan üzrə Ölkə İqtisadi İcmalı – Yaz 2026" hesabatının təqdimat mərasimində deyib.

O bildirib ki, Azərbaycan son onillikdə güclü makroiqtisadi idarəetmə, möhkəm fiskal imkanlar və səmərəli dövlət siyasəti sayəsində çoxsaylı xarici şoklara baxmayaraq iqtisadi sabitliyini qoruyub və yüksək dayanıqlılıq nümayiş etdirib.

Rolande Pryce qeyd edib ki, ölkə iqtisadiyyatı hazırda yeni mərhələyə qədəm qoyur. Onun sözlərinə görə, karbohidrogen hasilatının tədricən azalması şəraitində davamlı iqtisadi artımın və keyfiyyətli iş yerlərinin yaradılmasının əsas mənbəyi qeyri-neft sektorunun inkişafı olacaq.

Dünya Bankının qiymətləndirməsinə əsasən, Azərbaycanda iqtisadi artım 2025-ci ildə 1,4%-ə qədər zəifləyib. Bu, əsasən neft hasilatının azalması və qeyri-neft sektorunda artım tempinin yavaşıması ilə əlaqədardır.

Regional direktor vurğulayıb ki, təqdim olunan hesabatın əsas məqsədi Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsini necə sürətləndirə biləcəyi və dayanıqlı iqtisadi artım üçün yeni mənbələrin necə formalaşdırılacağına dair siyasət tövsiyələrini təqdim etməkdir.

O əlavə edib ki, bu dəfəki hesabatın xüsusi mövzusu turizmdir və sənəddə turizm sektorunun iqtisadi artımın sürətləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsində oynaya biləcəyi rol təhlil edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR