Bank Of Baku

İrəvanda polislə yürüşçülər arasında qarşıdurma yaranıb, saxlanılanlar var - YENİLƏNİB

İrəvanda polislə yürüşçülər arasında qarşıdurma yaranıb, saxlanılanlar var - <span style="color: red;">YENİLƏNİB
# 02 dekabr 2013 10:58 (UTC +04:00)

APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, polis Əmiryan küçəsində yürüşçülərin qarşısını kəsib və onların Maştos prospektinə daxil olmasını əngəlləyib.

 

Ermənistan polisinin rəis müavini Valeri Osipyan yürüşün qanunsuz olduğunu deyib və iştirakçılara dağılışmağı tövsiyə edib. Lakin aksiyaçılar onu fitə basıblar. Saxarov meydanı istiqamətində hərəkət etmək istəyən yürüşçülərə polis müdaxilə edib. Azı 5 nəfər döyülərək naməlum istiqamətə aparılıb. Onların arasında “Asparez” jurnalist klubunun rəhbəri Levon Barseqyan da var.

 

Son məlumatlara əsasən ümumilikdə saxlanılanların sayı 15-dən çoxdur.

 

***   

Saat 13:58.

 

Bakı – APA. Ermənistan paytaxtında ölkənin Gömrük İttifaqına qoşulmasına etiraz əlaməti olaraq yürüş başlayıb.

 

APA-nın “Armenia today” xəbər saytına istinadən verdiyi məlumata görə, aksiya Şimal prospekti-Respublika meydanı-Əmiryan küçəsi-Maştos prospekti-Baqramyan prospekti-prezident iqamətgahı marşrutu üzrə keçirilir.

 

Polis əməkdaşları əvvəlcə Şimal prospektini bağlasalar da, daha sonra yürüşçülərin prospektə girişinə və planlaşdırdıqları marşrut üzrə hərəkətinə icazə veriblər. Aksiya iştirakçıları “Serjik, get!”, “Putin, get!”, “AvroErmənistan”, “Müstəqil Ermənistan”, “Ermənilər, birləşin!”, “Biz ölkəmizin sahibiyik!” şüarları səslənir. Onlar əllərində “STOP-Russia” yazılmış plakat tutublar.

 

Prezident iqamətgahının ətrafında çoxlu sayda polis əməkdaşları toplaşıb.

 

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin Ermənistana rəsmi səfəri başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR