Bank Of Baku

İrəvanda etirazçılar yenidən mərkəzi prospektdə oturaq piket keçirməyə qərar veriblər - FOTOSESSİYA

İrəvanda etirazçılar yenidən mərkəzi prospektdə oturaq piket keçirməyə qərar veriblər  - <span style="color: red;">FOTOSESSİYA
# 23 iyun 2015 20:39 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, hazırda etirazçılar Ermənistan Yazıçılar İttifaqının binası qarşısında toplaşıblar. Polis onlara irəli hərəkət etməyə imkan vermir.  

 

“Novosti Armeniya” agentliyinin məlumatına görə, polis aksiya iştirakçılarının 5 nümayəndəsinə prezident Serj Sarkisyanla görüşməyi təklif edib. Aksiya təşkilatçıları bu təklifi ümumi müzakirəyə çıxarmaq niyyətindədirlər.  

 

Qeyd edək ki, ötən gün də prezident 3-4 etirazçını qəbul etməyə hazır olduğunu  bildirmişdi, lakin bu təklif etirazçılar tərəfindən rədd edilmişdir.  Polis etirazçıları dağılışmağa çağırır.

 

Hazırda etirazçılar polislə özləri arasında zibil qutularından sədd yaradaraq onları döyəcləyirlər.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR