Bank Of Baku

İrəvanda nümayiş başa çatıb - YENİLƏNİB

İrəvanda nümayiş başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 28 iyul 2016 01:05 (UTC +04:00)

Bakı-APA. İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqi  başa çatıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, etiraz aksiyaları sabah davam edəcək.

 

“Hazırda vəziyyət sakitdir, insanlar evlərinə dağılışırlar. Sabah, saat 20:00 Azadlıq meydanında aksiyamızı davam etdirəcəyik”, deyə fəallardan biri bildirib. 

 

***

 

01:19

 

Bakı-APA. İrəvanda polis binasını ələ keçirən silahlı qrupa dəstək mitinqinin iştirakçıları bir sıra tələb irəli sürüblər.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nümayiş iştirakçıları həbs olunanların azadlığa buraxılmasını və prezident Serj Sarkisyanın istefasını tələb edirlər.

 

Nümayişçilər hökumətə 01:30-dək vaxt veriblər.

 

Silahlı qrup tərəfindən ələ keçirilmiş binaya yaxın əraziyə əlavə polis qüvvələri yeridilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR