APA-nın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Açayvayam kəndindən 70 km cənubi-şərqdə, 33 km dərinlikdə yerləşib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka diyarı üzrə baş idarəsinin mətbuat xidmətinin bildirdiyinə görə, yaşayış məntəqələrində təkanlar hiss olunmayıb. Zəlzələ ilə bağlı sunami xəbərdarlığı elan edilməyib.