Bank Of Baku

Kerri: Suriya vahid və bölünməz olmalıdır

Kerri: Suriya vahid və bölünməz olmalıdır
# 25 mart 2016 03:29 (UTC +04:00)

Bakı-APA. Nizamlanma prosesi nəticəsində Suriyanın vahid və bölünməz qalmasının vacibliyi  məsələsində  Moskva və Vaşinqtonun mövqeyi eynidir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.      

 

“Biz burada hamımız anlayırıq ki, müharibəyə son qoyulmalıdır. Biz bu prosesdə məqsədləri də anlayırıq - İŞİD-in, “Ən-Nusrə”nin və digər terrorçu qruplaşmaların  məhv edilməsi, və biz hamımız  Suriyanın azlıqların hüquqlarının qorunacağı vahid, bölünməz və dünyəvi dövlət olaraq qalmasının  tərəfdarıyıq”, - deyə Kerri Moskvada danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR