Bank Of Baku

KİV: Putinin müşaviri Rusiyanın iri sığorta şirkətlərindən birinə rəhbərlik edəcək

KİV: Putinin müşaviri Rusiyanın iri sığorta şirkətlərindən birinə rəhbərlik edəcək
# 28 mart 2016 07:48 (UTC +04:00)

Bakı - APA-Economics. Rusiya prezidenti Vladimir Putinin müşaviri Anton Ustinov yaxın vaxtlarda Rusiya ən nəhəng sığorta şirkətlərindən biri olan SOGAZ-ın rəhbəri təyin oluna bilər. "APA-Economics" xəbər verir ki, bu barədə "Kommersant" qəzeti öz mənbələrinə istinadən yazır.

 

Nəşr yazır ki, A. Ustinov artıq Mərkəzi Bankın rəhbərliyinə təqdim olunub: "Bundan başqa, o, SOGAZ-ın iri müştəriləri ilə də danışıqlar aparıb".

 

Sığorta şirkətinin hazırkı rəhbəri Sergey İvanovun Rusiyanın iri banklarından biri olan "Sberbank"ın vitse-prezidenti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR