Bakı-APA. Kramatorsk meri Gennadi Kostyukov istefa verib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın “İnter” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, şəhər şurası mayın 23-də keçiriləcək növbədən kənar sessiyasında Kostyukovun istefa ərizəsinə baxacaq.
Qeyd edək ki, mayın 18-də Kramatorsk şəhərinin mərkəzində keçirilmiş mitinqdə mer vəzifəsinin ləğv olunması haqqında qərar qəbul olunub.