“Suriya münaqişəsi ilə bağlı Astana danışıqları uğurlu olub. Kreml ümid edir ki, danışıqların nəticələri Cenevrə prosesi çərçivəsində əlaqələri bərpa edəcək”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
”Sözsüz ki, bu, uğurdur. Cenevrə prosesinə böyük dəstək təmin edilib. Ümid edirik ki, Astana görüşünün yekunları Cenevrə prosesi çərçivəsində əlaqələrin bərpa olunmasına kömək edəcək. Maraqlı tərəflərin görüşməsi faktı olduqca müsbətdir və Kreml tərəfindən də müsbət qəbul olunur” , - deyə Kreml sözçüsü vurğulayıb.
Qeyd edək ki, Suriya ilə bağlı danışıqlar yanvarın 23-24-də Astanada keçirilib.