Bank Of Baku

Kreml Ərdoğanın əməkdaşlıq təklifi ilə bağlı fikirlərinə cavab verib

Kreml Ərdoğanın əməkdaşlıq təklifi ilə bağlı fikirlərinə cavab verib
# 01 aprel 2016 13:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Türkiyə prezidentinin əməkdaşlığın vacibliyi barədə bəyanatı Kremldə əlaqələri yaxşılaşdırmağa c'hd kimi qiymətləndirilməyib”.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O qeyd edib ki, rəsmi Ankara hələ də Rusiyaya məxsus “Su-24” təyyarəsinin vurulması və rusiyalı pilotun ölümünə görə üzr istəməyib: “Yalnız bir şey deyə bilərəm ki, Rusiya tərəfi bunu Ankaradan gözləyirdi. Bu istiqamətdə hələ heç bir işarə vurulmayıb. Yalnız deyə bilərik ki, bu, təəssüf doğurur”.

 

Kremlin nümayəndəsi onu da əlavə edib ki, Türkiyədə rusiyalı pilotun öldürülməsində təqsirli bilinən şəxsin saxlanılmasından sonra ona qarşı hansı cinayət işinin başlanılacağı hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR